Sosial şəbəkələrdə türkiyəli blogerlərdən birinin görüntüləri yayılıb.
Proses.az xəbər verir ki, video Ermənistanın paytaxtında lentə alınıb. Türkiyəli bloger İrəvandakı qondarma "erməni soyqırımı" abidəsində qarşısında çəkilən videosunu yayımlayıb.
O, sözügedən abidənin önündə "Bozqurd" işarəsi göstərib.
Blogerin bu görüntüləri sosial şəbəkələrdə yayılaraq böyük səs-küyə səbəb olub. İstifadəçilər onun cəsarətli addımını yüksək qiymətləndirərək rəğbətlə qarşılayıblar.
Ermənilər həmin blogeri tapana pul mükafatı vəd ediblər.
Məlumat üçün bildirək ki, “Bozqurd” işarəsi, salamlaşması (çeçələ barmaqlarının irəli uzadılması və iki orta barmağın baş barmaqla uc-uca gəlməsi) türkçülüyün, turançılığın simvolu hesab edilir.
Bu işarə son zamanlar hərbçilərimiz arasında da xeyli yayılıb. Şəhid gizirimiz Xudayar Yusifzadədən tutmuş qazi polkovniklərə qədər bu işarəni göstərdiklərinin şahidi olduq.