Sabahdan Qaraqalpaqda fövqəladə vəziyyət rejimi ləğv edilir

Sabahdan Qaraqalpaqda fövqəladə vəziyyət rejimi ləğv edilir backend

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qaraqalpaq Respublikası ərazisində fövqəladə vəziyyət rejiminə xitam verilməsi haqqında fərman imzalayıb.

"Report" bu barədə "Kun.uz"a istinadən xəbər verir.

Fərman 21 iyul 2022-ci il saat 05:00-dan qüvvəyə minir.

Sənəd təsdiq olunmaq üçün Özbəkistan Ali Məclisinin palatalarına göndərilib.

Xatırladaq ki, iyulun 2-də prezident Şavkat Mirziyoyev “Qaraqalpaqıstan Respublikası ərazisində fövqəladə vəziyyət rejiminin tətbiqi haqqında” fərman imzalayıb.

Diaspora