Türkiyənin DİN rəhbərinin əmisi oğlu qətlə yetirilib - FOTO

Türkiyənin DİN rəhbərinin əmisi oğlu qətlə yetirilib - FOTO backend

Türkiyənin daxili işlər naziri Süleyman Soylunun əmisi oğlu Sefa Dönmez Trabzonda silahlı hücum zamanı qətlə yetirilib.

Bu barədə "Report" “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, hadisə dünən axşam saatlarında Of rayonunun Atatürk Bulvarında baş verib.

Fatih U. ilə Sefa Dönmez arasında naməlum səbəbdən mübahisə yaşanıb. Qısa müddət sonra davaya çevrilən hadisə zamanı Fatih U. üstündəki tapança ilə Dönmezə 5 dəfə atəş açıb.

Yaralı Of Dövlət Xəstəxanasına aparılıb, lakin həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən şəxs polisə təslim olub. Faktla bağlı araşdırmalara başlayıb.

Diaspora