Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 19-da İrana rəsmi səfər edəcək.
"Report" "Haber Global"a istinadən xəbər verir ki, dövlət başçısı Tehranda iranlı həmkarı İbrahim Rəisi ilə görüşəcək.
Görüş zamanı birgə ticarət həcminin artırılması çərçivəsində yeni yol xəritəsi haqqında danışıqlar aparılacaq.
Danışıqlarda, həmçinin terrorizm və qanunsuz miqrasiya ilə mübarizə müzakirə mövzusu olacaq.