İrəvanda keçirilən məhkəmənin hazırlıq iclası zamanı erməni əsilli rusiyalı prodüser Armen Qriqoryan ölüb.
Halı pisləşən Qriqoryan huşunu itirib və stuldan yıxılaraq ölüb.
Bu barədə “Telegram” sosial şəbəkəsinin erməni seqmentində video yayılıb.
Keçmiş “KVN”çi olan Qriqoryan etnik, irqi və ya dini nifrət salmaqda şübhəli bilinərək saxlanılmışdı. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin versiyasına əsasən, o, müsahibələrində Şirak və Ararat vilayətləri sakinlərinin şərəf və ləyaqətlərini təhqir edib.