Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarının komandanlığının daha 3 nümayəndəsini məhv edib.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalar Departamenti məlumat yayıb.
Onlar məhv edilib:
Rusiya Silahlı Qüvvələrinin 20-ci Qvardiya motoatıcı diviziyasının komandirinin müavini, polkovnik Kens Sergey Nikolayeviç;
106-cı diviziya komandirinin maddi-texniki təminat üzrə müavini, polkovnik Sergey İqoreviç Kuzminov;
qərargah rəisi - 16-cı xüsusi təyinatlı briqadanın dəstə komandirinin müavini, mayor Semenov Dmitri Vladimiroviç.