Rusiya Dövlət Duması növbədənkənar iclasa toplanır, cəmi beş gün öncə isə yaz sessiyası başa çatıb...
"Növbədənkənar iclasda təxirəsalınmaz məsələlər, hökumətin təşəbbüsləri və bir sıra kadr məsələlərinə baxılacaq..."
İyulun 15-də Rusiya Dövlət Dumasının növbədənkənar iclası baş tuta bilər.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya parlamentinin aşağı palatasının "Telegram-kanal"ında məlumat yayılıb.
"Növbədənkənar plenar iclasın keçirilməsi zərurəti onunla bağlıdır ki, təxirəsalınmaz həll olunası məsələlər yığılıb qalıb. O cümlədən hökumətin təşəbbüslərinə baxlılacaq", - məlumatda belə deyilir.
"Kommersant" nəşri Dövlət Dumasındakı mənbəyə istinadən iddia edir ki, növbədənkənar iclasın Ukraynadakı hərbi əməliyyatlara aidiyyəti yoxdur.
Mənbə əvvələr təqdim edilən hökumət təşəbbüslərinə baxmaq və bir sıra kadr məsələlərini həll etmək zərurəti barədə bəyan edib.
Növbədənkənar iclasın çağırılması qərarı kifayət qədər qəribə görünür.
Nəzərə alaq ki, Dövlət Duması cəmi beş gün əvvəl yaz sessiyasını başa vurub.
Bu sessiya zəngin olub, deputatlar 361 qanun qəbul edib.
Dövlət Dumasının yaz sessiyasının son günündə bir sıra, o cümlədən "hərbi münaqişə şəraitində" qanunvericiliyin sərtləşdirilməsinə dair sənədlər qəbul edib.
6-11 iyulda dünyada və ölkədə elə nəzərəçarpacaq hadisələr baş verməyib ki, deputatların növbədənkənar iclasa cağırılmasına səbəb olsun.
Bir sıra KİV-lər güman edib ki, Dövlət Dumasının növbədənkənar iclasında Ukraynaya müharibə elan edilməsi barədə sənəd qəbul edilə bilər.