Ukraynanın Çasovoy Yar şəhərində beşmərtəbəli yaşayış binasında xilasetmə əməliyyatları zamanı daha iki nəfərin meyiti tapılıb. Bununla da ölənlərin ümumi sayı 24-ə çatıb.
Bu barədə Dövlət Fövqəladə Hallar Xidməti məlumat verib.
Xilasedicilər bildiriblər ki, dağıntılar altında daha beş nəfərin meyiti müşahidə edilir.
Doqquz nəfər isə xilas edilib.
Qeyd edək ki, iyulun 10-da Rusiya ordusu Çasovoy Yar şəhərinə raket zərbələri endirib. Nəticədə beşmərtəbəli binada 20 nəfər həlak olub, daha 20 nəfərin dağıntılar altda qalması ehtimal olunurdu. (oxu.az)
Mənbə: Ukrainskaya pravda