Ukrayna hücuma keçir, Xerson sakinlərindən evlərini təcili tərk etmək tələb olundu

Ukrayna hücuma keçir, Xerson sakinlərindən evlərini təcili tərk etmək tələb olundu backend

Ukrayna Silahlı Qüvvələrinin Xersona doğru hücuma hazırlaşdığı ilə bağlı xəbərlər təsdqini tapır

Ukrayna baş nazirinin müavini İrina Vereşşuk Xerson və Zaporojye vilayətlərinin işğal olunmuş hissələrinin sakinlərini “bütün mümkün vasitələrlə evlərini tərk etməyə və çıxmağa” çağırıb.

Onun sözlərinə görə, bu, Ukrayna Silahlı Qüvvələrinin hücum əməliyyatları zamanı dinc əhaliyə təhlükə yaratmaması üçün lazımdır.

"Artilleriyamız işləməlidir, çünki işğaldan azad etmək silahlı qüvvədən istifadəni nəzərdə tutur. Biz ki bunu başa düşməliyik. Ona görə də bütün mümkün vasitələrlə yaxınlarınızla birlikdə çıxın”,-deyə o, Xerson sakinlərinə səslənib.

Qeyd edək ki, bir gün əvvəl Xerson vilayətinin işğal altında olan Oleşki şəhərinin meri də analoji müraciətlə çıxış edib.

 

Musavat.com

Diaspora