Podolyak: “Rusiya ilə müharibədə dönüş nöqtəsi başlayır”

Podolyak: “Rusiya ilə müharibədə dönüş nöqtəsi başlayır” backend

Rusiya ilə müharibədə artıq müəyyən dönüş başlayıb. Təkcə son bir həftə ərzində Ukrayna Silahlı Qüvvələri Rusiyanın kazarmaları və sursat anbarları ilə birlikdə düşmənin 16 mövqeyini məhv edib.

Bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak məlumat verib.

O, rusiyalı hərbçilərin kütləvi halda ruhdan düşdüklərini deyib.

“Uzaqmənzilli silah və artilleriya pariteti bizə Ukrayna ərazilərini effektiv şəkildə blokadadan çıxarmağa imkan verəcək”, - deyə Podolyak əlavə edib. (oxu.az)

Mənbə: unian.net

Diaspora