İran televiziyası Qərb diplomatlarının həbsi ilə bağlı görüntüləri yaydı - FOTO

İran televiziyası Qərb diplomatlarının həbsi ilə bağlı görüntüləri yaydı -  FOTO backend

İranın Təhlükəsizlik Nazirliyi (ETTELAAT) tərəfindən həyata keçirilən əməliyyat nəticəsində bir neçə Qərb diplomatı “casusluq” edərkən tutulublar.

“Azad İran” “Telegram” kanalı bu barədə SEPAH-a yaxın media qurumlarının iddiasına əsasən xəbər yayıb.

İddiaya əsasən, Britaniyanın İrandakı səfirinin müavini və Avstriyanın Tehrandakı mədəniyyət müşavirinin xanımı da tutulanlar arasındadır. Yerli xəbər agentliyi xarici diplomatların Kirman əyalətinin Şəhdad səhrası adlanan bölgəsində həbs edildiyini yazıb. Eyni zamanda, iddia edib ki, xarici diplomatlar kəşfiyyat məqsədi ilə SEPAH-ın dronlarını izləyiblər.

Sözügedən diplomatların “İranın raket təlimlərinin keçirildiyi yerin yaxınlığında kəşfiyyat fəaliyyətləri həyata keçirmək” ittihamları ilə həbs olunduqları bildirilir.

Həmçinin vurğulanır ki, guya onlar qadağan olunmuş əraziyə daxil olaraq torpaqdan nümunə götürmək istəyiblər.

Britaniya hökuməti İran mediası tərəfindən yayılan bu xəbərin həqiqəti əks etdirmədiyini açıqlayıb.

Diaspora