Ukrayna ordusu Xersonda əks-hücum əməliyyatına hazırlaşır.
Axar.az xəbər verir ki, bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
Analitiklər peyk çəkilişlərinə əsaslanaraq iddia edirlər ki, Ukrayna Silahlı Qüvvələri Xerson aeroportu yaxınlığında (Çernobayevka yaxınlığında) düşmən mövqelərinə hücum edib:
“FIRMS uzaqdan zondlama məlumatları Xerson-Nikolayev və Xerson-Dnepropetrovsk vilayətinin sərhədi boyunca çoxlu sayda yanğınların olduğunu göstərir. Geolokasiya edilmiş görüntülərdə Ukrayna və Rusiya qüvvələrinin Xerson və Nikolayev vilayətlərinin sərhəddindəki Snigirevka və Andreyevka yaxınlığında artilleriyadan necə atəş açdığı görünür. Rus qoşunları Neçayannoyedə (Nikolayevdən təxminən 33 km qərbdə) yaşayış infrastrukturuna raket zərbələri endirib, lakin Rusiyanın Teleqram kanalları raketlərinin Ukrayna mövqelərini vurduğunu iddia edib”.