Medvedçukun təyyarəsi və helikopteri hərbçilərə verildi - FOTO

Medvedçukun təyyarəsi və helikopteri hərbçilərə verildi - FOTO backend

Hüquq-mühafizə orqanlarının əməkdaşları Ukrayna Silahlı Qüvvələrinə ehtiyaclarının ödənilməsi üçün dövlətə xəyanətdə şübhəli bilinən deputat Viktor Medvedçukun ailəsinə məxsus helikopter və təyyarə bağışlayıblar.

Bu barədə Baş Prokurorluq Ofisinin mətbuat xidməti və Milli Polisin Strateji Araşdırmalar Departamentindən məlumat verilib.

“Məhkəmə Baş Prokurorluğun tələbi ilə dövlətə xəyanətdə şübhəli bilinən Ukrayna xalq deputatının ailəsinin istifadəsində olan vertolyot və təyyarəyə həbs qoyub. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları həmin əmlakı müsadirə edərək Ukrayna Silahlı Qüvvələrinin istifadəsinə veriblər”, - deyə məlumatda bildirilir.

Diaspora