Müharibənin müddəti və ukraynalıların vətənlərinə qayıtma vaxtı bir neçə amildən asılıdır.
AzVision.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə İrlandiyanın baş naziri Mişol Martinlə keçirdiyi birgə brifinqdə deyib. O bildirib ki, bu artıq hərbi münaqişə deyil, Rusiya Federasiyasının açıq terror aktıdır:
"Nəticələrini nəzərə alsaq, bunu müharibə adlandırmaq belə çətindir. Və mənə elə gəlir ki, bu gün müharibənin nə qədər davam edəcəyi, Rusiya Federasiyasının nə etdiyini başa düşüb-düşməyəcəyi bu nəticələrdən asılıdır".
Zelenski bu gün dünyanın Rusiyaya təzyiq və sankiyalarının onlara təsir etmədiyini vurğulayıb.
"Onlar hələ də sanksiyaların ciddi nəticələrini hiss etmirlər, çünki təəssüf ki, Rusiya Federasiyasına və ya onların biznesinə kömək edən bəzi müttəfiqlər hələ də var”.