Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi "Pəncə Kilid" antiterror əməliyyatı zamanı daha 9 PKK terrorçusu məhv edilib.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.
"Terror yuvalarını bağlamağa davam edirik" - məlumatda deyilir.
Qeyd edək ki, ötən gün sözügedən əməliyyat bölgəsində terrorçuların açdığı atəş nəticəsində 1 türk hərbçi həyatını itirib. Bir neçə gün əvvəl isə 3 hərbçi həlak olmuşdu.