Donetsk döyüşləri necə olacaq: Britaniya kəşfiyyatının proqnozu

Donetsk döyüşləri necə olacaq: Britaniya kəşfiyyatının  proqnozu backend

Donetsk vilayətində döyüşlərin Luqansk vilayətində olduğu kimi ləng gedəcəyi ehtimal edilir.
 

AzVision.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi kəşfiyyatının gündəlik xülasəsində məlumat verilib.

"Donbass uğrunda döyüş irəliləyişin ləng tempi və Rusiyanın kütləvi şəkildə artilleriyadan yararlanması, şəhəri yerlə yeksan etməsi ilə səciyyələnir. Donetsk vilayətində döyüşlər demək olar ki, bu cür davam edəcək", - kəşfiyyatçılar qeyd ediblər.

Kəşfiyyat qeyd edir ki, müharibənin əvvəlki mərhələlərindən fərqli olaraq, Rusiya indi ən azı iki qruplaşmış qüvvə arasında kifayət qədər effektiv koordinasiyaya nail olub.

"Bu, yəqin ki, general-polkovnik Aleksandr Lapinin rəhbərlik etdiyi Mərkəzi qrup, digəri isə yeni rəhbər təyin olunmuş general Sergey Surovikinin rəhbərliyi altında olan Cənub qrupudur. Rusiyanın Lisiçansk şəhərini nisbətən tez ələ keçirməsi isə faktiki olaraq Luqansk vilayətinin bütün ərazisinə nəzarəti genişləndirdi və bu, ona müharibənin bilavasitə amalı kimi təqdim etdiyi siyasi məqsədə, yəni Donbasın “azad edilməsi”nə doğru əhəmiyyətli irəliləyiş iddiasına imkan verdi", - məlumatda deyilir.

Diaspora