İyulun 2-də Özbəkistan prezidenti Şavkat Mirziyoyev Nukus şəhərinə gəlib.
Trend-in məlumatına görə, bu barədə prezidenti mətbuat katibi Şerzod Asadov bildirib.
Məlumata əsasən, dövlət başçısı Qaraqalpaqıstanın Jokarqı Kenesin deputatları, yaşlı nəslin nümayəndələri və fəalları ilə görüşüb.
Konstitusiyaya əlavə və dəyişikliklərin müzakirəsi prosesinin hələ də davam etdiyini nəzərə alaraq, habelə Qaraqalpaqıstan sakinlərinin fikirlərinin öyrənilməsi əsasında Ş.Mirziyoyev Özbəkistan Respublikası Konstitusiyasının 71, 72, 74, 75-ci maddələrin hazırkı redaksiyalarının qorunub saxlanılmasının zəruriliyini qeyd etdi.
Qeyd edək ki, iyunun 1-də Nukusda bəzi vətəndaşlar Nukus ətrafında plansız yürüşlər keçirib, bundan sonra mərkəzi dehkan bazarının ərazisinə toplaşaraq qanunsuz aksiya təşkil ediblər.