Türkiyədə minimum əməkhaqqı artırılıb.
Trend xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün "Twitter" hesabında bildirib.
"Minimum əməkhaqqı iyul ayından etibarən 30% aralıq artımla xalis 5500 TL olaraq tətbiq olunacaq. Bütün işçilərə xeyirli, uğurlu olsun", - deyə o qeyd edib.
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
