Ukrayna borşu UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
Bu barədə Ukraynanın mədəniyyət və informasiya naziri Aleksandr Tkaçenko özünün “Telegram” kanalında yazıb.
“Bu gün, iyulun 1-də Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin beşinci növbədənkənar iclasında Mədəniyyət və İnformasiya Nazirliyinin müraciəti əsasında “Ukrayna borşunun hazırlanması mədəniyyəti” elementi UNESCO-nun təcili mühafizəyə ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. “Borş uğrunda mübarizə” hələ Rusiya Ukraynanı işğal etməzdən əvvəl başlayıb. Mariya Zaxarova hər nə qədər desə də ki, yemək bişirmək üçün kitablar qadağan edilib, resept gizli saxlanılıb və bişirilməsi qadağan edilib, ümumiyyətlə, bizim borş “ekstremizmin və nasizmin təzahürüdür”, bu “ekstremizmin təzahürü” indi rəsmi olaraq Ukraynanındır və rəsmi olaraq UNESCO-nun himayəsindədir. Lakin biz borş və onun hazırlanması reseptlərini bütün sivil ölkələrlə paylaşmağa şad olarıq. Unutmayın və əmin olun ki, biz borş üçün mübarizədə qalib gəldiyimiz kimi, bu müharibədə də qalib gələcəyik”, - deyə ukraynalı nazir yazıb.