Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI

Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI backend

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi təxminən 35 600-ə yaxın canlı qüvvəsini itirib.

Bundan başqa, Rusiyanın 1 573 ədəd tankı, 3 726 ədəd zirehli döyüş maşını, 790 ədəd artilleriya sistemi, 246 ədəd reaktiv yaylım atəşi sistemi, 104 hava hücumundan müdafiə sistemi, 217 ədəd hərbi təyyarəsi, 185 ədəd helikopteri, 143 qanadlı raketi, 2 602 ədəd nəqliyyat vasitəsi və avtoçən, 14 ədəd gəmi-kateri, 641 ədəd dronu və 61 ədəd xüsusi texnikası məhv edilib.

Diaspora