Rusiya silahlıları Zmeyinı adasını tərk ediblər

Rusiya silahlıları Zmeyinı adasını tərk ediblər backend

Gecə Ukrayna qoşunları Zmeyinı adasına hücum edib və bundan sonra işğalçılar adanı tərk ediblər.

Qaziler.az UNİAN-a istinadən bildirir ki, bu barədə “Pivden” Əməliyyat Komandanlığının “Facebook”dakı səhifəsində bildirilir.

Bildirilir ki, Ukraynalı müdafiəçilər işğalçılara artilleriya, raket və hava zərbələri endiriblər.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeriy Zalujnı Ukrayna hərbçilərinin rus işğalçılarını Zmeynı adasından necə çıxardığını əks etdirən videonu dərc edib.

“Gecə saatlarında Zmeyinı adasında raket və artilleriya bölmələrimizin atəşi ilə həyata keçirilən hərbi əməliyyatın növbəti uğurlu mərhələsi nəticəsində düşmən iki sürətli qayıqla qarnizonun qalan hərbçilərini tələsik şəkildə təxliyə edib və ehtimal ki, adanı tərk edib”, - deyə məlumatda qeyd edilir.

Bildirilib ki, Zmeyinıda yanğın olub, partlayış səsləri eşidilib.

“Əməliyyatın yekun nəticələri araşdırılır”, - deyə komandanlıq əlavə edib. 

Xatırladaq ki, bu məlumatı Rusiya Federasiyasının Müdafiə Nazirliyi öz növbəsində şərh edib. Orada rus hərbçilərinin qaçmasını “xoş niyyətli addım” adlandırıblar.

 

Diaspora