Rusiya və Ukrayna arasında hərbi əsirlərin növbəti mübadiləsi olub, 144 ukraynalı hərbçi azad edilib.
Apa xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin "Teleqram" kanalında bildirilib.
Qeyd olunub ki, azad olunan 144 nəfərdən 95-i “Azovstal”ın müdafiəçiləridir. Onların arasında Azov alayının 43 hərbçisi də var.
Sərbəst buraxılan ukraynalıların əksəriyyətinin ciddi xəsarətlərinin olduğu vurğulanıb.
“Koordinasiya Qərargahı əsir götürülən bütün müdafiəçilərin qaytarılması istiqamətində işini davam etdirir. Bu, Rusiyanın işğalının başlanğıcından bəri ən böyük mübadilədir”, - məlumatda deyilir.