Ramzan Kadırov yeni batalyon yaratdı

Ramzan Kadırov yeni batalyon yaratdı backend

Çeçenistanın rəhbəri Ramzan Kadırov bildirib ki, onun təşəbbüsü ilə yaradılan “Qərb-Axmat” batalyonu artıq formalaşdırılıb və komandir İsmayıl Aquev şəxsi heyətə təqdim edilib.


Modern.az xəbər verir ki, R.Kadırov bu haqda Teleqram kanalında yazıb.

 Bundan əvvəl Kadırov respublikanın yerli əhalisinin sayına görə dörd batalyonun yaradıldığını açıqlamışdı.


"Onlar Çeçenistandakı yaxşı təchiz olunmuş bazalarda yerləşdiriləcək. Mənim göstərişimlə Çeçenistan parlamentinin sədri Maqomed Daudov Çeçenistan Hərbi Komissarlığında olub. Bazar ertəsi Donbasda özünü əsl vətənpərvər kimi göstərmiş komandir İsmayıl Aquyeb şəxsi heyətə təqdim edildi”.


Respublika başçısının sözlərinə görə, bazada döyüşçülər üçün rahat yaşayış və qərargah binalarından tutmuş, futbol, ​​voleybol, tennis və məşq meydançalarına qədər hər cür şərait yaradılır.

"Mən fəxr edirəm ki, biz ən qısa müddətdə “Qərb-Axmat” batalyonunu yarada bildik və onu Vətən qarşısında borcunu yerinə yetirməyə hazır olan çeçen xalqının layiqli oğulları ilə birləşdirdik", - Çeçenistan rəhbəri vurğulayıb.

Diaspora