“Rusiya dünyanın ən böyük terror təşkilatına çevrilib, bu faktdır”.
“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.
“Bu, hüquqi fakt olmalıdır və dünyada hər kəs bilməlidir ki, Rusiya neftinin alınması və ya daşınması, bu ölkənin bankları ilə əlaqələr saxlamaq, Rusiya dövlətinə vergi və rüsumların ödənilməsi terrorçulara pul verməkdir”, - dövlət başçısı deyib.
“Mən bu gün də (dünən-red) G7 liderlərinə müraciət edərək dedim ki, bizim birgə potensialımız Rusiya ordusunu məğlub etmək üçün kifayətdir”, - Zelenski vurğulayıb.
Zelenskinin sözlərinə görə, Rusiya döyüşə bilmir: “Onlar müqavimət göstərməyi bacarmırlar, yalnız bu gün Kremençukda olduğu kimi alçaq zərbələrlə kifayətlənirlər”.
"Hamımız birlikdə təzyiq göstərə və işğalçıları Ukrayna torpaqlarından sıxışdıra bilsək, müharibə uzanmaya bilər. Bu nə qədər tez baş versə, bir o qədər çox insanın həyatı xilas olar", - Zelenski əlavə edib.