İsveç Türkiyənin terrorla bağlı narahatlığına ciddi yanaşır - XİN

İsveç Türkiyənin terrorla bağlı narahatlığına ciddi yanaşır - XİN backend

İsveç Türkiyənin terrorla mübarizə sahəsində narahatlığına çox ciddi yanaşır.

Trend xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Ann Linde "SVT" dövlət televiziyasının efirində bildirib.

Nazir sabah Madriddə başlayacaq NATO sammiti çərçivəsində danışıqların müsbət olacağına ümid etdiyini bildirib.

"Bəzi məsələlərə baxışımız fərqlidir. Buna rəğmən, biz bir-birimizin mövqeyinə hörmət edərək kompromis tapa bilərik. Biz Türkiyənin terrorla mübarizə sahəsində narahatlığına çox ciddi yanaşırıq", - Ann Linde qeyd edib.

Onun sözlərinə görə, İsveç PKK terror qruplaşmasına qarşı Türkiyənin mövqeyini bölüşür.

Diaspora