“Ukrayna, çox güman ki, Sieverodonetsk-Lısıçansk istiqamətinin müdafiəsini yenidən konfiqurasiya edir. Çünki Rusiya bəzi yerlərdə ciddi şəkildə irəliləyib”.
"Report"un xəbərinə görə, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.
Britaniyalılar hesab edirlər ki, son zamanlar Rusiyanın hərbi rəhbərliyində ciddi dəyişikliklər olub.
“Böyük ehtimalla iyunun əvvəlindən etibarən Rusiyanın hərbi komandanlığı bir neçə generalı Ukraynadakı müharibə üzrə əsas vəzifələrdən uzaqlaşdırıb. Onların arasında Hava Desant Qüvvələrinin komandanı general-polkovnik Andrey Serdyukov, Cənub Qüvvələr Qrupunun komandiri, ordu generalı Aleksandr Dvornikov da var.
Çox güman ki, Dvornikov bir müddət ümumi əməliyyat komandiri kimi də fəaliyyət göstərib. Rusiyanın Donbasdakı hücumunda əsas vəzifələrin davam etdirilməsi üçün bu iş general-polkovnik Sergey Surovikə tapşırıla bilər. Onun karyerası korrupsiya və zorakılıq iddiaları ilə doludur”, - Britaniya kəşfiyyatının məlumatında vurğulanıb.