Ukraynanın Gürcüstandakı səfiri İqor Dolqov vəzifəsindən geri çağırılıb.
"Report" xəbər verir ki, bu barədə Urkayna Prezidenti Volodimir Zelenski fərman imzlayıb.
Digər fərmanlarla Ukraynanın daha 4 ölkədə - Livan, Slovakiya, Portuqaliya və Livandakı səfirləri də vəzifələrindən azad ediliblər.
Qeyd edək ki, bu ilin martın 1-də V.Dolqov məsləhətləşmələr üçün Kiyevə çağırılıb. Onun vəzifələrini Ukraynanın Gürcüstandakı səfirliyinin müvəqqəti işlər üzrə vəkili Andrey Kasyanov yerinə yetirir.