Ukrayna millisinin və “Dinamo Kiyev”in Azərbaycan əsilli keçmiş futbolçusu Aleksandr Əliyev Silahlı Qüvvələrdə xidmətindən danışıb.
O, hələlik Rusiya ordusuna qarşı yaxın döyüşə girmədiyini, amma lazım gələrsə, bunu etməyə hazır olduğunu deyib.
“Hələlik yaxın döyüşlərdə iştirak etməmişəm. Məşq etmişəm, təlimdən keçmişəm. İki ay məşq etmişəm. Məni öyrədən uşaqlara çox minnətdaram. Bilmədiklərimi öyrəndim. Avtomat tutmağı bilirdim. Pulemyotla düzgün davranış mənim üçün böyük irəliləyişdir. Əgər rus işğalçısını vurmalıyamsa, bunu edəcəyəm. Əlim belə titrəməyəcək”, - Əliyev bildirib./Teleqraf.com