“Rusiya hərbçiləri müvəqqəti işğal altında olan Mariupoldan hərbi texnikasını çıxarmağa başlayıb. Onlar Berdyansk-Pologi istiqamətində hərəkət edir”
“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, bunu Mariupol merinin müşaviri Petro Andryuşşenko deyib.
Andryuşşenkonun sözlərinə görə, ruslar şəhərdə stasionar nəzarət-buraxılış məntəqələrini sökərək yalnız nəzarət-buraxılış məntəqələrini qoyublar.
"Taktikanın dəyişdirilməsi işğalçıların hərbi qalıqlarının əksəriyyətinin şəhərdən cəbhənin digər sahələrinə çıxarılması ilə bağlıdır. Xüsusilə, ikinci gündür ki, böyük texniki avadanlıq Mariupol şəhərini və Mariupol vilayətini Berdyansk-Pologi istiqamətində tərk edir”, - Andryuşşenko bildirib.