Ukraynanın Nikolayev şəhərinə əsirlikdən azad edilən ukraynalılar geri dönüb. Onlar uzun müddət məruz qaldıqları fiziki və psixoloji işgəncələrdən danışıb.
Moderator.az xəbər verir ki, bu barədə strateji kommunikasiyalar və informasiya təhlükəsizliyi Mərkəzi məlumat verib.
Məlumatda deyilir ki, 5 kişi 109 gün ərzində əsirlikdə olub. Onların hamısı mülki şəxslərdir, Kiyev vilayətində Qostomel yaxınlığında mişarlama dəzgahında və tövlədə işləyib.
Kiyevi işğal etmək cəhdi zamanı rusiyalılar onları Kurska, oradan isə Sevastopola aparıblar.
Əsirlikdən azad olunanların deməsinə görə, əsirlikdə olan zaman onlar təkcə "adi fiziki işgəncələrə" deyil, həm də "məkrli" psixoloji işgəncələrə məruz qalıblar.
Məsələn, ukraynalıları həbsxana nəzarətçilərini pioner salamı ilə salamlamağa, qəhrəman pionerlər və Stalinin tərcümeyi-halını sovet kitablarından oxuyub tərcümə etməyə, Rusiyanın himnini və bir sıra rus mahnılarını öyrənib oxumağa vadar ediliblər:
"Biz ruslarıq, Tanrı bizimlədir!", "Vova dayı, biz səninləyik!" şüarlarını səsləndirməli, Qazmanovun vətənpərvərlik mahnılarını oxumalıydıq.
Bəzən nəzarətçilər ukraynalıları altı saat dalbadal oxumağa vadar edir, bunu pis icra edənləri döyür və ya 150 dəfə oturub durmağa məcbur ediblər.
Bundan öncə mart ayında əsir düşən və mübadilə nəticəsində geri qaytarılan ukraynalı hərbi helikopterçilər İvan Pepelyaşko (pilot-şturman) və Aleksey Çij (ekipaj komandiri) istintaq təcridxanasında işgəncələrdən və qeyri-insani şəraitdə saxlanıldıqlarından danışıblar.