Rusiya ordusu Ukraynada neft anbarını atəşə tutub, yanğın başlayıb

Rusiya ordusu Ukraynada neft anbarını atəşə tutub, yanğın başlayıb backend

Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətini atəşə tutub.

Apa UNİAN-a istinadən xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Şurasının sədri Nikolay Lukaşuk və Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının sədri Valentin Rezniçenko məlumat veriblər.

Novomoskovsk vilayətinə atılan raketlər neft anbarını dağıdıb, güclü yanğın başlayıb.

Hadisə nəticəsində üç nəfər yanıq xəsarətləri alıb.

Xilasedicilər yanğını söndürməyə çalışır.

“İlkin məlumatlara görə, qurbanlar və irimiqyaslı dağıntılar var. İndi bütün məlumatlar dəqiqləşdirilir", - deyə Lukaşuk bildirib.

O, həmçinin Krivoy Roqda günorta saatlarında baş verən raket hücumu nəticəsində iki nəfərin yaralandığını xatırladıb.

 

 

Diaspora