"Putinlə niyə danışmalıyıq? Hitlerlə danışığa gedərdiniz? O, hərbi cinayətkardır!.."

"Putinlə niyə danışmalıyıq? Hitlerlə danışığa gedərdiniz? O, hərbi cinayətkardır!.." backend

"Rusiyanı alçaltmaq olmaz" ritorikası və yeni siyasi birliyin yaradılması təklifi Makronu çətin duruma salıb"

"Ukraynanın Avropaya inteqrasiyasına hər hansı alternativ qəbuledilməzdır"

 

Makron Ukraynaya dəstək göstərir, bir həlledici məsələdən başqa...

 

Fransa prezidenti Emmanuel Makron parlament seçkilərinin ikinci turu ərəfəsində daxili siyasi qayğılarını bir kənara qoyaraq, Şərqi Avropaya qısamüddətli səfərə yollanıb, Almaniya kansleri Olaf Şolts və İtaliyanın baş naziri Mario Draqi ilə birgə Kiyevdə görüşlər keçirib.

 

Makron, deyəsən, onun Rusiya və Ukraynaya qarşı törətdiyi müharibə ilə bağlı dolaşıq ritorikasının Fransanın Avropa İttifaqi üzrə şərq tərəfdaşlarının münasibətlərinə zərər vurduğunun fərqindədir və bunu düzəltmək niyyətindədir.

 

Moderator.az xəbər verir ki, bu barədə "Detaly" saytında dərc edilən analitik yazıda bəhs edilib.

 

İlk növbədə o, Rumıniyaya gələrək, Ukrayna ilə sərhəddən 100 km aralıda yerləşən NATO-nun əməliyyatı çərçivəsində Mixail Koqelniçanu aviabazasında fransız hərbi qulluqçuları ilə görüşüb.

 

Səfərin gedişində Makron aydın şəkildə anladıb ki, Fransa Rusiyanın təcavüzü qarşısında alyansın şərq cinahının müdafiəsində Avropanın kollektiv səylərinə öz güclü tövhəsini verir.

 

"Biz Rusiyanın hərbi qüvvələrinin qarşısını almaq, ukraynalılara və onların ordusuna yardım göstərmək, danışıqları davam etdirmək üçün hər şeyi edəcəyik, - o, belə deyib. - Yaxın gələcəkdə bizə müdafiə olunmaq, müqavimət göstərmək və burada olmaq lazım gələcək".

 

Sonradan Makron bir çoxlarının qonşu Ukraynada münaqişəyə cəlb edilməsi ehtiyat edilən Moldovaya dəstək üçüb yollanıb.

 

İyunun 16-da Makron Şolts və Draqi ilə birlikdə Kiyevə gəlib. Hər üç ölkəni Ukraynaya kifayət qədər dəstək göstərməməkdə, Putini həddən artıq yola gətirib sakitləşdirməkdə suçlanır.

 

Bu səfərə zərurət Makronun yanaşmasının nə qədər anlaşılmaz olduğunu göstərib. Son anlaşılmazlıq Makronun fransız jurnalistlərinə "Rusiya alçaldılmamalıdır" ifadəsi olub. Eyni fikri prezident ötən ay Strasburqda səsləndirib. 

 

Bəziləri bunu Ukraynanı Rusiya tərəfindən işğal edilən ərazilərdən vaz keçməyə və müharibəyə son qoymağa yönələn kobud cəhd kimi dəyərləndirib.

 

"Rusiyanın alçaldılmamasına edilən çağırışlar Fransanı və buna çağırış edən bütün başqa ölkələri yalnız alçalda bilər", - bunu Ukraynanın XİN rəhbəri Dmitri Kuleba özünün "Twitter" səhifəsində yazıb.

 

Qərb ölkələrinin Putini və onun rejimini təcrid etməyə yönələn səyləri fonunda Makronun Putinlə təmaslar qurmağa daim cəhd etməsi daha böyük qıcığa səbəb olur. 

 

İlin əvvəlindən Fransa prezidenti Rusiya prezidenti ilə telefon danışıqlarına hamıdan çox zaman ayırıb, amma heç bir nəticəyə nail olmayıb.

 

Məsələn, fevral ayında Putin vəd edib ki, Rusiya gərginliyi artırmayacaq, amma iki həftədən sonra Rusiya ordusu Ukraynaya hərbi müdaxilə edib.

 

"Onunla niyə danışmalıyıq? O, hərbi cinayətkardır", - bunu ötən ay Estoniyanın baş naziri Kayya Kallas bəyan edib.

 

"Siz Hitlerlə danışıq aparardınız?", - bunu Polşanın baş naziri Mateuş Moravetski soruşub.

 

Deyəsən, fransızlar anlayıb ki, belə mövqe onların Mərkəzi və Şərqi Asiyada mövqelərini zəiflədib və indi məsələyə aydınlıq gətirməyə cəhd edilir.

 

İyunun 10-da rəsmi nümayəndə Fransanın mövqeyini izah edib:

 

"Biz istəyirik ki, Ukrayna qalib gəlsin. Biz istəyirik ki, Ukraynanın ərazi bütövlüyü bərpa edilsin. Biz istəyirik ki, Rusiyanın Ukraynaya qarşı bu müharibəsi sona yetsin".

 

Yelisey Sarayının nümayəndələri vurğulayıb ki, Putinə edilən hər bir zəng Ukrayna prezidenti Zelenskinin xeyir-duası ilə baş verib. Apreldə Kiyev ətrafında dinc sakinlərin kütləvi surətdə qətlə yetirilməsi bəlli olanda, Makron Putinlə bir aydan çox təmaslara son verib.

 

Makronun Rusiyanı alçaltmaq olmaz barədə bəyanatlarında Putinin adı çəkilməyib və söhbət "münaqişənin bitməsindən sonrakı dövr"dən gedib.

 

Üstəlik, rəsmi şəxslər deyir ki, Makron Ukraynaya ərazi güzəştləri ilə bağlı heç vaxt çağırış etməyib və açıq deyib ki, Ukrayna danışıqlar yolu ilə sülhün şərtlərini özü müəyyən etməlidir.

 

Münaqişəyə daha çox "quzğun" yanaşmaya üstünlük verən avropalılar gözəl anlayır ki, zaman gələcək, xətrinə dəyilmiş Rusiya ilə bağlı müharibədən sonra qərar vermək lazım gələcək.

Lakin Fransanın Rusiya ilə tarixi dostluğu bu şərhləri, eləcə də Makronun "Avropanın yeni təhlükəsiz arxitekturası" barədə çağırışını şübhə altına alır. Makronun müharibədə  sonrakı nizamlanma barədə məsələni qaldırarkən qurbanların sayının artması belə mövqe vaxtından əvvəl və uzaqgörən olmaması kimi görünür.

 

Makronun problemi bundadır ki, belə dolaşıqlıq onun Ukraynaya dəstəyinin səmimi olmasını şübhə altına alır. Fransa Rusiyaya qarşı altı raund sanksiyaların qəbul edilməsinə təkidlə dəstək verib və Ukraynada hərbi cinayətlərinin araşdırılması üçün müstəntiqləri göndərib.

Lap əvvəldən ABŞ və Böyük Britaniya Ukraynanı silahlandırmağa hazır olanda Makron xəbərdarlıq edib ki, hücum silahlarının tədarükü Qərbi döyüşən tərəfə çevirəcək və gərginliyi artıracaqdır.

 

Lakin indi o, Avropanın ümumi səylərindən kənarda qalmır. Tankəleyhinə orta mənzilli "Milan" raketləri kimi maddi vəsaitlərdən başqa, Fransa Ukraynaya 40 km məsafədə hədəfləri vura bilən 155 mm müasir "Sezar" haubitsaları göndərib. Fransızlar tərəfindən təlim keçmiş ukraynalılar onlardan ön cəbhədə istifadə edir.

 

Lakin Makron Kiyevi və öz avropalı həmkarlarını Ukraynaya hərtərəfli yardım edilməsinə sadiqliyinə inandırmağa səy göstərsə də, bir həlledici məsələdə- Ukraynanın Avropa İttifaqına üzv olmaq sorğusunda öz dediyinə təkid edəcək.

 

Makronun və həmkarlarının Ukraynaya rəmzi səfəri Avropa Komissiyasının Ukraynanın Aİ-yə namizəd ölkə statusu verilməsini tövsiyə etdiyi zamanda baş tutub və Fransa buna həvəs göstərmir.

 

Makron alternativ olaraq tərkibində demokratik dəyərlərə sadiq olan, Aİ-nin üzvü olub-olmamasından asılı olmayaraq siyasi birliyin yaradılmasını təklif edib.

Makronun Kiyevə səfəri ərəfəsində Fransa bu təklifin detallarını izah edən sənəd yayıb.

 

Avropa İttifaqı üzvlüyünə namizəd statusu "bu gün Ukraynaya qarşı müharibənin nəticəsində meydana çıxan təxirəsalınmaz tarixi və geosiyasi tələbatlara cavab vermək üçün zəruri siyasi əsasları təklif etmir", - sənəddə belə deyilir.

 

Ukrayna bu ideyanı skeptik qarşılayıb.

 

"Ukraynanın Avropaya inteqrasiyasına heç bir alternativ qəbul edilməyəcək", - bunu Dmitri Kuleba deyib.

 

Müəllif: Aleksandra Appelberq

Diaspora