Rusiya işğalçıları Ukraynada döyüşmək istəmədiklərini bildirir və komandirlərini güllələməyə hazırdırlar.
Moderator.az Ukrayna mediasına istinadla xəbər verir ki, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, bunu işğalçıların ələ keçirilən danışıqları sübut edir.
Söhbət zamanl iki işğalçı bölmələrindən demək olar ki, heç nə qalmadığını deyirlər.
"Burada vəziyyət, ümumiyyətlə, acınacaqlıdır. 6 nəfər mühəndislər gəldi - dərhal piyada qoşunlara göndərildilər. Bu gün danışmağa getdilər - hamısı imtina etdi. Onlar oturub müqavilələrini ləğv etməyə hazırdırlar. Bir neçə nəfər qalıb, onlar da sabah, ya da o biri gün gedəcəklər. Hərbi polisə, prokurorluğa - hamısı gedirlər”,- işğalçı belə deyir.
Sonra briqada komandirinin siyasi məsələlər üzrə müavininin bölmədə onlarla söhbətə necə gəldiyini danışır.
"Adam yoxdur. Rotalarda(bölük-S.L.) 10-15 nəfər qalıb. Çıxılmaz vəziyyətdir... Onların qərargahında məlumatlar asılıb - guya bizim briqadanın heyəti 87% təşkil edir. Halbuki, biz burada heç 10 % də toplana bilmirik. Hətta sən də belə, indi taqım komandirlərinlə gəlsən, işləmək üçün heç kimi tapmazsan. İstehkamçılar, ekipajlar yoxdur. Rəhbərlər yoxdur. Onsuz da mənəvi cəhətdən o qədər öldürülmüşük ki... Dünən o qədər başım çöndü ki, dedim, bu siyasi məsələlər üzrə komandir müavinləri yenə gəlsələr, mən burda o məxluqların hamısını güllələyəcəm.Əsəblərim dözmür. Mənim beynimə sığışmır: "Bizi niyə burdan çıxarmırlar? BTQ-lərdən(batalyon taktiki qrup-S.L.) heç nə qalmayıb. Hər birində 10-15 nəfər. Bizim rotadan(bölük) 7-8 nəfər qalıb”, - deyə işğalçı bildirir.