Ukrayna Prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın Baş naziri Boris Conson Kiyevi gəziblər.
"Report" bu barədə "RBC-Ukraina"ya istinadən xəbər verir.
Ölkə liderləri paytaxtdakı Müqəddəs Mixael monastırını ziyarət ediblər.
Bundan əlavə, Zelenski və Conson Ukraynanın həlak olan qəhrəmanlarının xatirəsini yad ediblər.
Onlar Rusiya ordusunun məhv edilmiş hərbi texnikasının sərgisinə də baxıblar.