Ərdoğan Yunanıstanla danışıq şərtlərini AÇIQLADI

Ərdoğan Yunanıstanla danışıq şərtlərini  AÇIQLADI backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından çıxarkən jurnalistlərin Yunanıstanla bağlı suallarını cavablandırıb.

O qeyd edib ki, Yunanıstanla bağlı prosesə öz reaksiyalarını xüsusilə bildirib.

“Qarşımda vicdanlı bir siyasətçi olmasa, bir daha onlarla danışmayacağımı və Yüksək Səviyyəli Strateji Şura iclaslarımızı bitirdiyimizi, Yunanıstanla yüksək səviyyəli strateji əməkdaşlıq iclası keçirməyəcəyimizi bildirdik. Bu il iclas keçirmirik. Bundan daha aydın, daha açıq xəbərdarlıq ola bilməz. Yunanıstan bundan sonra başının çarəsinə baxsın”, - deyə Türkiyə lideri vurğulayıb.(oxu.az)

Mənbə: TRT Haber

Diaspora