Rusiya Xarici Kəşfiyyat Xidmətinin istefada olan 90 yaşlı generalı Lev Sotskov intihar edib.
“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Hadisə iyunun 15-də paytaxt Moskvada baş verib. Keçmiş kəşfiyyatçının ona mükafat kimi verilən tapançadan atəş açaraq özünü öldürüdüyü ehtimal olunur.
L.Sotskovun meyitini həyat yoldaşı yaşadığı mənzildə aşkarlayıb. Onun meyitinin yanında “TT” markalı tapança və qeyd aşkarlanıb.
İstefada olan general qeyddə silahın Monqolustanın xüsusi xidmətində nümayəndə olarkən hədiyyə kimi aldığını və Xalxin Qol çayı üzərindəki döyüşlərdən yadigar olduğunun yazıb.
Qeyd edək ki, L.Sotskov 1932-ci ildə Leninqradda (Sankt-Peterburq) anadan olub.