Ukraynanın elit bölməsi xeyli sayda texnikanı külə döndərdi - VİDEO

Ukraynanın elit bölməsi xeyli sayda texnikanı külə döndərdi - VİDEO backend

Ukrayna Ordusu Rusiya hərbçilərinə qarşı daha bir uğurlu əməliyyat həyata keçiriblər.

AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Saytlar dron çəkilişi ilə əldə edilən görüntüləri dərc edərək Ukraynanın artilleriyasının dəqiqliklə zərbə endirməsini tətif ediblər. Məhur The Sun nəşri yazır ki, artilleriya zərbələri nəticəsində onlarla Rusiya hərbi maşını vurularaq yanıb.

"Kadrlarda sayı bilinməyən Rusiya hərbi texnikalarının alovlar və qara tüstü içərisində məhv olması aşkar sezilir", - nəşr yazıb.
Qeyd edilir ki, bu uğurlu hücumu əks etdirən videonu mediaya Ukrayna Silahlı Qüvvələrinin beş əsas qolundan biri olan və ordunun elitası sayılan Ukrayna Hava Hücumu Qüvvələri təqdim edib.

O da bildirilir ki, rusların BM-27 “Uraqan” reaktiv yaylım atəş sistemləri maddi-texniki təminat bölməsi, yanacaq təminatına xidmət göstərən Rusiya Silahlı Qüvvələrinin xüsusi texnikası da məhv edilib.

Diaspora