"Rusiya Federasiyasının komandanlığı Ukraynada eyni birləşmələrdə döyüşən buryatlar və kadırovçulardan ibarət bölmələri bir-birindən ayırıb. Bu addım onlar arasında toqquşma olduğu üçün atılıb".
Moderator.az xəbər verir ki, bunu "Feigin Live" "YouTube" kanalında Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Aretoviç söyləyib.
"Vasilyevka(Zaporojye vilayətində şəhər-S.L.) yaxınlığındakı "cəsur" dəstələri ayırıblar. Bir hissəsi Xerson istiqamətinə, digər hissəsi Severodonetskə göndərilib. Üstəlik, kadırovçular Severodonetsk, buryatlar isə Xerson istiqamətinə gedib. Bilirsiniz, niyə? Onların arasında çox pis münasibətlər var" - deyə Ukrayna rəsmisi izah edib.
PO rəhbərinin müşaviri xatırladıb ki, bu bölmələr artıq bir dəfə Xerson vilayətinin Çernobayevka məntəqəsində öz aralarında qənimət üstündə atışıblar.
"İndi iş o yerə çatıb ki, qalmaqallı kadırovçular buryatlara bir neçə artilleriya zərbəsi endirib. Buna görə də onları bir növ özlərini "nalayiq apardıqları" üçün cəza olaraq Severodonetskə yollayıblar və buryatlar isə "günahdan uzaqlaşdırılaraq" Xerson istiqamətinə göndərilib”, - deyə Arestoviç qeyd edib.