"Rusiya məqsədyönlü şəkildə Ukraynadan tarixi sərvətləri çıxarır..."

"Rusiya məqsədyönlü şəkildə Ukraynadan tarixi sərvətləri çıxarır..." backend

"Rusiyanın bu addımları Ukraynanın ayrıca bir ölkə kimi identikliyinin sarsılması siyasətinin tərkib hissəsidir"

 

"Oğurluqlar əsasən qiymətli Skif qızılı ətrafında cəmlənib"

 

"Oğurluqlardan öncə muzey kuratorları və mühafizəçilərinin dindirilməsindən sonra baş verir"

 

 

Rəqəmsal texnologiyalar üzrə oğurluqları izləyən alim və ekspertlər beynəlxalq qrupunun məlumatına görə, Rusiya Ukraynadan qiymətli tarixi artefaktların qaçaqmalçılığı ilə məşğuldur.

 

Moderator.az xəbər verir ki, bu barədə "Guardian" nəşri məlumat yayıb.

 

"Konkret rəsmlərin və bəzək əşyalarının seçilib Rusiyaya daşınmasının Rusiyanın məqsədyönlü addımı olmasının əsaslı sübutları var", - nəşr arxeoloq, tarixçi və təsvirlərin rəqəmsal işlənib hazırlanması üzrə mütəxəssislərlə işləyən antropoloq Brayan Denielsin sözlərindən iqtibas gətirib.

 

Amerikanın Virciniya ştatında olarkən Deniels və həmkarları hərbi müdaxilə başlanandan mədəni obyektlərin talan edilməsi və məhvini müşahidə edib və bu cinayətlərdə qanunauyğunluğu aşkar edib.

 

 

Oğurluqlar xeyli dərəcədə qiymətli skif qızılı ətrafında cəmlənib. Bu, əsasən, heyvan təsvirləri olan bahalı qədim filiqran məmulatlardır. Onlar vaxtilə Skifiya adlanan regionda- Mərkəzi Asiyada və Şərqi Avropada yaşamış tayfalar tərəfindən hazırlanıb.

 

Bu məmulatlar vizual olaraq çox heyrətamizdir, hazırda oğurluqlar barədə o qədər məlumatlar var ki, görünür, bu, bir stategiyadır", - Daniels deyib.

 

Onun sözlərinə görə, rusiyalılar üçün pul dəyərinin həlledici amil olduğunu və ya bu əşyaların onların mədəni əhəmiyyətinə görə seçildiyini demək çətindir.

 

"Ehtimal ki, bütün bunlar Ukraynanın ayrıca bir ölkə kimi identikliyinin sarsıdılmasının təzahürüdür, bu da onun bütün eksponatlarına Rusiyanın hüququnun olmasını nəzərdə tutur".

 

Daniels üçün aydındır ki, oğurluqlar, bir qayda olaraq, muzey kuratorları və mühafizəçilərinin dindirilməsindən sonra baş verir. Rusiyalıların Ukraynanın işğal edilmiş şəhərlərindən artefaktların tapılması və oğurlanması cəhdləri getdikcə daha qətiyyətli xarakter alır.

 

"Biz muzey işçiləri və mühafizə əməkdaşlarına, xüsusilə, Rusiyanın cəbhə xəttindən kənarda olanlara görə getdikcə daha çox narahatlıq hissi keçiririk", - o, belə deyib.

Diaspora