"Müharibədən ötən 109 gün ərzində Rusiya 2606 dəfə qanadlı raketlərlə şəhər və kəndlərimizə zərbələr endirib"
"Ukraynanın səsinə səs verib, zamanında hava hücumundan müdafiə sistemlərini versəydilər, nə qədər insan həyatını xilas etmək, bu faciənin qarşısını almaq olardı..."
Moderator.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski özünün 12 iyun müraciətində Rusiyanın Ternopol vilayəti üzərinə endirdiyi raket zərbəsinə manasibət bildirib.
Prezident vurğulayıb ki, bu raket zərbəsinin "Rusiyanın əvvəlki zərbələrinin mütləq əksəriyyəti kimi heç bir taktiki və ya strateji mənası olmayıb".
Zərbələr nəticəsində 23 nəfər, o cümlədən Rusiyanın tammiqyaslı hərbi müdaxiləsindən sonra Xarkovdan ailəsi ilə təxliyə olunan 12 yaşlı qız uşağı da zərər çəkib.
"O, Rusiya ordusundan xilas olmaq üçün Ternopol vilayətinə köçüb. Və məhz belə faktlar Rusiyanın dünyanı necə qavramasını müəyyən edəcək. Birinci Pyotr və ya Lev Tolstoy deyil, məhz Rusiya zərbələrindən yaralanan və qətlə yetirilən uşaqlar müəyyən edəcək", - Zelenski vurğulayıb.
O, xatırladıb ki, 12 iyun Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsinin 109-cu günüdür, amma "heç də 109-cu gün deyil ki", Ukrayna öz tərəfdaşlarından hava hücumundan müdafiə sistemlərini xahiş edir.
"Belə sistemlərin tədarükü bu il də, əvvəllər də mümkün olub. Biz onları almışıqmı? Xeyr. Onlar bizə lazımdırmı? Bəli. Bu suala Rusiyanın qanadlı raketlərlə Ukrayna şəhərlərini 2606 dəfə endirdiyu zərbələr qədər cavab verilib. 24 fevraldan bəri bizim şəhər və kəndlərimizə bu qədər zərbələr endirilib. Ukraynaya səs versəydilər, nə qədər isan həyatını xilas etmək, bu faciənin qarşısını almaq olardı", - Zelenski əlavə edib.
Ternopol vilayəti müharibə başlanandan 39 gün ərzində bombardmanlara məruz qalmayıb. Aprelin 3-də Ukrayna Silahlı Qüvvələri (USQ) Ternopol üzərində düşmənin ilk hərbi obyektini zərərsizləşdirib, amma qəlpələr kritik infrastruktur obyektlərinin birini zədələyib.
Aprelin 4-də saat 23:00-da Ternopol vilayətinə müharibə başlanandan ikinci hava hücumu törədilib, düşmənin hücumu öz məqsədinə çatmayıb və USQ HHM tərəfindən Kremenetsk rayonunda vurulub, Ternopol vilayət administrasiyası rəhbəri Vladimir Truş deyib.
İyunun 11-də işğalçılar Çortkov yaxınlığında dörd raketlə zərbələr endirib, nəticədə hərbi obyektin bir hissəsi, dörd beşmərtəbəli ev zədələnib, - Truş məlumat verib.