Türkiyə xarici vətəndaşlara yaşama icazəsinin verilməsi ilə bağlı kvotanı azaldacaq

Türkiyə xarici vətəndaşlara yaşama icazəsinin verilməsi ilə bağlı kvotanı azaldacaq backend

Türkiyə hökuməti iyulun 1-dən şəhər ərazilərində xarici vətəndaşlar üçün yaşama icazəsinin verilməsi ilə bağlı kvotanı azaldacaq.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.

“İyulun 1-dən şəhərlərdə xarici vətəndaşlar üçün yaşama icazəsinin verilməsi ilə bağlı yaşama kvotası 25%-dən 20%-ə endiriləcək. Azı 1200 rayon mövcud kvotanı aşdığı üçün xarici vətəndaşların üzünə bağlanacaq”, - o vurğulayıb.

Qeyd edək ki, Türkiyədə ilk dəfə xarici vətəndaşlara yaşama icazəsinin verilməsi ilə bağlı kvota fevral ayında tətbiq olunub.

Diaspora