Arestoviç: “Xerson yaxınlığında daha iki Rusiya generalı öldürüldü”

Arestoviç: “Xerson yaxınlığında daha iki Rusiya generalı öldürüldü” backend

Ukrayna Silahlı Qüvvələri daha iki rusiyalı generalı öldürüb. Onlardan biri Xersonda keçirilən qondarma “referendum”a görə məsuliyyət daşıyırdı.

Bu barədə Ukrayna prezidenti aparatının rəhbərinin müşaviri Aleksiy Arestoviç məlumat verib.

“Staraya Zburyevka, Xerson vilayəti. Onlarla ölü və yaralı. Orada iki general - biri ordu, digəri isə FTB generalı da həlak olub. İkincisi Xerson vilayətində “referendumun” təşkilinə cavabdeh olan şəxs idi”, - deyə o, bildirib.

Arestoviçin sözlərinə görə, hazırda ölən generalların adları dəqiqləşdirilir. (oxu.az)

Mənbə: rbc.ua

Diaspora