"Putinin özgə torpaqlarda bircə dənə də izi qalmamalıdır..."
"Belə "incə" praktika 2017-ci ildən bir qayda olaraq tətbiq edilir"
Rusiya prezidentini bütün xarici səfərlərində Federal Mühafizə Xidmətinin xüsusi əməkdaşı müşayiət edir, onun vəzifəsi Rusiya liderinin ekskrementlərinin və sidiyinin toplanmasıdır.
Moderator.az xəbər verir ki, Fransanın "Pari-matç" jurnalı ilə Rusiyanın Mixail Rubinin "Layihə" nəşrinin birgə araşdırma materiallarında deyilir.
Hər şeydən göründüyü kimi, Rusiya prezidentinin sağlamlıq vəziyyəti dövlət sirri olaraq qalır.
Vladimir Putinin həyat fəaliyyətinin təbii tullantılarında, "Pari-matç"ın vurğuladığı kimi, gələcək dünya üçün "mühüm informasiya olduğuna görə, Rusiyanın Federal Mühafizə Xidməti bunu düşmənlərdən ciddi surətdə gizlədir.
Ona görə də prezidentin mühafizə xidmətinə Putinin bütün fekaliyalarını və sidiyini nəzərdə tutulan qablara toplamaq, sonradan onları xüsusi çemodanda Moskvaya aparmaq tapşırığı verilib.
Bu zaman Federal Mühafizə Xidməti bu barədə məlumatı olan Rusiya səfirlikləri əməkdaşlarının bu informasiyanın ciddi sirr olaraq saxlamasını diqqətlə izləyir.
Başqa sözlə desək, məqsəd xarici tibb işçilərinə Rusiya prezidentinin ekskrementlərini analiz etməsinə və müvafiq olaraq onun sağlamlıq vəziyyəti barədə məlumatım sızmamasına imkan verməməkdir.
Görünür, Rusiyanın xüsusi xidmət orqanları tərəfindən Vladimir Putinin özgə torpağında bircə dənə də izi qalmaması üçün hər şey edilib.
Rusiya prezidenti Vladimir Putini xarici səfərlərdə müşayiət edən Federal Mühafizə Xidmətinin xüsusi əməkdaşlarının belə "incə" missiyası hələ 2017-ci ildən bir qayda olaraq qəbul edilsə də, ilk dəfə bu barədə prezidentin Səudiyyə Ərəbistanına səfərindən sonra bəlli olub.
Rusiya liderinin mühafizəçilərinin "qəribəlikləri" ilə üzləşən Paris nəşrinin ərəb mənbələri bunu mətbuatladan gizlətməyib.
Jurnalistlər Putinin əvvəlki xarici səfərlərinin videoyazılarını təhlil edərək, "belə praktikadan" həm də Putinin 29 may 2017-ci ildə Fransaya səfəri zamanı Emmanuel Makronun oz həmkarını Versalda qəbul etdiyi zaman, həmçinin 9 dekabr 2019-cu ildə Normandiya dördlüyünün sammiti zamanı istifadə edildiyini aşkar edib.