Türkiyənin FNSS şirkəti tərəfindən istehsal olunan amfibiya tipli ZAHA (Zırhlı Amfibi Hücum Aracı) zirehli hücum avtomobili artıq istifadəyə hazırdır və Türkiyədə təşkil ediləcək Müdafiə Sənayesi Sərgisində nümayiş etdiriləcək.
Qeyd olunur ki, ZAHA zirehli maşınları dözümlülüyü və dəqiq atəş açmaq imkanlarına görə ABŞ və Çində istehsal edilən oxşar texnikanı geridə qoyur.
Zirehli transportyor dəniz piyadalarının sərəncamına veriləcək.
Döyüş maşını ballistik sınaqlar və minaların partlamasına davamlılıq sınaqları zamanı da yüksək nəticələr göstərib.
Texnikanın sürəti quruda 70 km/s, dənizdə isə - saatda 7 düyünə bərabərdir. (oxu.az)
Mənbə: İhlas Haber Ajansı (İHA)