Britaniya MN: Ukrayna qüvvələri Xerson istiqamətində müəyyən uğurlar əldə edib

Britaniya MN: Ukrayna qüvvələri Xerson istiqamətində müəyyən uğurlar əldə edib backend

Rusiya Severodonetskə üç istiqamətdən hücumu davam etdirir, lakin Ukrayna müdafiə xəttini qoruyub saxlayır.

Apa xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub.

Bildirilib ki, ötən 24 saat ərzində tərəflərdən heç biri nəzərəçarpan nailiyyət əldə etməyib.

Əlavə olunub ki, Rusiya hücumunu mərkəzi Donbas sektoruna cəmləsə də, cinahlarda müdafiəni davam etdirir.

Məlumata görə, Ukrayna qüvvələri Xersonun cənub-qərbində əks-hücuma keçərək İnqulets çayının şərq sahilində mövqelərini bərpa etmək də daxil olmaqla, müəyyən uğurlar əldə ediblər.

Vurğulanıb ki, cəbhə xətti 500 km-dən çox uzandığı üçün həm Rusiya, həm də Ukrayna müdafiə xəttinin saxlanılması və bacarıqlı döyüş bölmələrinin hücum əməliyyatlarına yönəldilməsi ilə bağlı problemlərlə üzləşir.

“Rusiya işğal olunmuş Xerson vilayətində rublu qanuni ödəniş vasitəsi kimi tətbiq etməklə və məktəblərə rus kurikulumun və dilinin tətbiqi üçün rus müəllimlərini işə götürməklə yerli idarəçiliyi zorla Rusiya Federasiyasının idarəçiliyi ilə uyğunlaşdırır”, - deyə Britaniya kəşfiyyatının məlumatında qeyd olunub.

loading...
Diaspora