İranda qatar relsdən çıxdı: Ölənlərin sayı artdı - YENİLƏNİB - VİDEO

İranda qatar relsdən çıxdı: Ölənlərin sayı artdı -  YENİLƏNİB - VİDEO backend

İranda Məşhəd-Yezd səfərini həyata keçirən sərnişin qatarının relsdən çıxaraq qəzaya uğraması nəticəsində ölənlərin sayı 21-ə çatıb.

Bu barədə İranın IRNA dövlət agentliyi məlumat yayıb.

Məlumat üçün qeyd edək ki, hadisə zamanı qatarda 348 sərnişin olub.

Qəza yerindən görüntüləri təqdim edirik:

10.15

İranda qatar qəzasında ölənlərin və yaralananların sayı artıb.

Hadisə nəticəsinə həyatını itirənlərin sayı 17-yə, yaralananların sayı isə 50-yə çatıb.

Yaralılardan 16-sının vəziyyətinin kritik olduğu bildirilir.

Səlahiyyətlilər ölü və yaralı sayının artacağını istisna etmirlər.

09:22

İranda Məşhəd-Yezd səfərini həyata keçirən qatar qəzaya uğrayıb.

Hadisə yerli vaxtla saat 05:30-da Tebes şəhəri yaxınlığındakı Mezino stansiyasında baş verib.

Sərnişin qatarının yeddi vaqonundan beşi relsdən çıxıb.

Qəza nəticəsində azı 10 nəfər həyatını itirib, 15 nəfər isə yaralanıb.

Hadisə yerinə 3 helikopter və 10 təcili yardım maşını göndərilib.

Ölən və yaralananların sayının artacağı istisna edilmir.

Qəzanın başvermə səbəbləri araşdırılır. (oxu.az)

Mənbə: MEHR

Diaspora