Terror təşkilatı PKK/YPG-nin killeri kimi tanınan “Rojda” ləqəbli Dilbirin Kaçar Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriyadakı əməliyyatı ilə Türkiyəyə gətirilib.
Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, 2015-ci ildə Siirtdə terror təşkilatına qoşulan Kaçar 1 ilə yaxın Cudi və Qabar bölgələrində fəaliyyət göstərdikdən sonra 2016-cı ildə Suriyaya göndərilib.
İraqın Sincar rayonunda killer kimi təlim keçən Kaçar 2018-ci ilin yanvar ayında keçirilən “Zeytun budağı” və 2019-cu ilin oktyabrında “Sülh çeşməsi” əməliyyatları zamanı terror təşkilatı üçün müxtəlif aksiyalarda iştirak edib.
Türkiyənin mümkün əməliyyatına qarşı Aynularap bölgəsinə gücləndirici qüvvə kimi göndərilən komandanın qondarma komandirinin Kaçar olduğu müəyyənləşib. (oxu.az)
Mənbə: Anadolu