Ukraynada “Vaqner”in “əfsanəvi snayper”i MƏHV EDİLDİ

Ukraynada “Vaqner”in “əfsanəvi snayper”i  MƏHV EDİLDİ backend

Ukraynada Rusiyanın tərəfində döyüşən “Vaqner” muzdlu hərbi dəstəsinin üzvü, milliyətcə buryat olan Vladimir Andanov zərərsizləşdirlib.

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Vladimir Andanov “Vaqner”in ən sərrast snayperlərindən biri olub.

Andanov hələ 2014-cü ildən "məşhurlaşıb". O, Donbasa könüllü kimi gedib, Debaltsevo uğrunda döyüşlərə qatılıb və Loqvinovoda Ukrayna ordusunun hərbi əsirlərinin edamında iştirak edib.
 

Məlumata görə, Vladimir Andanov  Donbasda dinc əhalinin qətlə yetirilməsində yaxından iştirak edib, sonra isə Suriyaya gedib. Orada “Vaqner”in muzdlu əsgəri olub və yenidən Ukraynaya qayıdaraq Rusiyanın tərəfində döyüşməyə başlayıb.
 

Andanov Xarkov yaxınlığında məhv edilib. Artıq onun ölümünü “Vaqner” də təsdiqləyib. Snayperin meyitini tezliklə Buryatiyaya çatdırmağı planlaşdırırlar.

loading...
Diaspora