Böyük Britaniya Ukraynaya M270 reaktiv yaylım atəşi sistemləri verəcək

Böyük Britaniya Ukraynaya M270 reaktiv yaylım atəşi sistemləri verəcək backend

Böyük Britaniya Ukraynaya 80 km-dək məsafədə yerləşən hədəfləri vura bilən M270 reaktiv yaylım atəşi sistemləri verəcək.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın müdafiə naziri Ben Uolles məlumat verib.

Onun sözlərinə görə, Böyük Britaniyanın Ukraynaya dəstəyi Rusiyanın taktikasına uyğun olaraq dəyişir.

“Bu, yüksək effektivliyə malik yaylım atəşi sistemləri ukraynalı dostlarımıza Rusiya qüvvələrinin şəhərləri dağıtmaq üçün istifadə etdikləri uzaqmənzilli artillersiyaya qarşı daha yaxşı müdafiə olunmağa imkan verəcək”, - nazir deyib.

Bildirilir ki, M270 sistemlərini ABŞ şirkəti istehsal etdiyindən onların üçüncü ölkəyə verilməsi üçün rəsmi Vaşinqtonun icazəsi tələb olunur və belə bir icazə artıq verilib.

Diaspora