Britaniya kəşfiyyatı: "Rusiya Kiyevə vurduğu raket zərbələri ilə silah tədarükünü pozmaq istəyir

Britaniya kəşfiyyatı: "Rusiya Kiyevə vurduğu raket zərbələri ilə silah tədarükünü pozmaq istəyir backend

“İyunun 5-də səhər saatlarında Rusiyanın “X-101” qanadlı raketləri Kiyevdə dəmir yolu infrastrukturuna zərbələr endirib. Ehtimal ki, məqsəd Qərbin hərbi texnikasının Ukraynanın ön xətt bölmələrinə tədarükünü pozmaq olub”.

“Report”un xəbərinə görə, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

Məlumata görə, Donbasda Severodonetsk şəhərində şiddətli döyüşlər davam edir və Rusiya qüvvələri Ukrayna qüvvələrini mühasirəyə almağa cəhdləri çərçivəsində Slavyanska doğru irəliləməyə davam edir:

“Apreldə Moskva kreyserinin itirilməsindən sonra dənizdə Rusiya qüvvələri, çox güman ki, “SA-15” və “SA-22” sistemləri də daxil olmaqla, Qara dənizin qərbindəki İlan adasına çoxlu hava hücumundan müdafiə vasitələrini köçürüb”.

Bildirilib ki, bu silahlar İlan adası ətrafında hərəkət edən Rusiya hərbi gəmiləri üçün hava hücumundan müdafiəni təmin etmək məqsədilə nəzərdə tutulub:

“Rusiyanın İlan adasındakı fəaliyyəti onun Ukrayna sahillərini blokadaya almasına yol açır və dəniz ticarətinin, o cümlədən Ukrayna taxılının ixracının bərpasına mane olur”.

Diaspora